Prezident fabrikin açılışında

Prezident fabrikin açılışında
  14 Avqust 2013    Oxunub:995
Azərbaycan prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak edib.
AzVision.az xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılıb.

İkinövbəli iş rejimində 104 nəfər çalışacaq. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.

Dövlət başçısı fabrikin kollektivi ilə söhbət edib.


Teqlər:  





Xəbər lenti