İlham Əliyev Su Elektrik Stansiyasının açılışında

İlham Əliyev Su Elektrik Stansiyasının açılışında
  14 Avqust 2013    Oxunub:1176
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən "İsmayıllı-1" Su Elektrik Stansiyasının açılışında iştirak edib.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, "İsmayıllı-1" Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.

Prezident İlham Əliyevə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verildi.

Stansiyanın binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılıb.

Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə saldı.

Diqqətə çatdırıldı ki,İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcək.
Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcək. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülüb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti