Daha iki nəfərin namizədliyi təsdiqləndi

Daha iki nəfərin namizədliyi təsdiqləndi
  14 Avqust 2013    Oxunub:1381
Mərkəzi seçki Komissiyasının bu gün keçirilən iclasında daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
AzVision.az xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin prezidentliyə namizədliyi təsdiq edilib.

İclasda həmçinin ALDP və VİP-dən səlahiyyətli nümayəndələr də qeydə alınıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasına 11 nəfər prezidentliyə namizəd olmaq üçün müraciət edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından sədr Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir, Müasir Müsavat Partiyasından sədr Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından sədr qüdrət Həsənquliyev, millət vəkili Zahid oruc, MDHP sədri Fərəc Quliyev.

Fatimə


Teqlər:  





Xəbər lenti