Balaca futbolçularımız Böyük Britaniyada

Balaca futbolçularımız Böyük Britaniyada
  14 Avqust 2013    Oxunub:1439
"Mançester Yunayted" Yay Futbol Məktəbinin 5 iştirakçısı Böyük Britaniyaya yola düşüb
Bakcell şirkəti və AFFA tərəfindən “Bakcell Arena”da təşkil olunan "Mançester Yunayted" Yay Futbol Məktəbinin 5 iştirakçısı – Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov və Xəyal Əliyev avqustun 10-dan etibarən Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində toplanışdadır.

2013-cü il iyunun 11-də AFFA və Bakcell şirkəti tərəfindən Azərbaycanda uşaq futbolunun inkişafı və bu idman növünün kütləviliyin artıılması məqsədilə yeni layihəyə start verildi. Birgə layihə çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin "Bakcell Arena"da təşkil olunacaq təlim-məşq toplanışında iştirak etmək üçün Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt və Bakı şəhərlərində seçim turları təşkil edildi. Bu seleksiya turlarında 32 ən istedadlı uşaq seçilərək Bakıda - "Bakcell Arena"da "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən toplanışa cəlb olundular. İyunun 24-dən 28-dək "Bakcell Arena"da təşkil olunmuş məşqlərdə iştirak edən uşaqların arasından 6 nəfər seçildi və onlar İngiltərənin Mançester şəhərinə yollanaraq "Mançester Yunayted" futbol məktəbində hazırlıq keçmək şansı əldə etdilər.

Qeyd edək ki, onlardan biri - Nigar Mirzəliyeva avqustun 3-dən 10-dək Mançesterdə toplanışda olub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti