Ağ evin seçkiqabağı qara əməlləri - KARİKATURA

  28 Oktyabr 2016    Oxunub : 3948
Ağ evin seçkiqabağı qara əməlləri - KARİKATURA
ABŞ-da keçirilən prezident seçkiləri dünyanın diqqət mərkəzində olan əsas qlobal siyasi proses kimi qəbul olunur.

12 gün sonra bu fövqəldövlətdə baş tutacaq 58-ci seçki barədə beynəlxalq müzakirələr isə heç də hansı namizədin qalib gələcəyi ilə bağlı deyil. Çünki gələcək prezidentin məhz Hillari Klinton olacağı hətta onun rəqibinə də aydındır. İndi əsas diqqət rəqibi Hillari Klintonu oliqarxların təmsilçisi sayan, onu sadə vətəndaşların maraqlarını qorumamaqda günahlandıran, korrupsiyalaşmış sistemin mənafeyini ifadə etdiyini faktlarla göstərən Trampa qarşı seçki öncəsi Ağ evin münasibətidir.

Əksəriyyət “mən H.Klintona qarşı mübarizə aparmıram, mən bu qadının simasında oliqarxlara, hərbi-sənaye korporasiyalarına, enerji şirkətlərinə, xalqı soyan banklara, Sorosun siyasi fırıldaqçılarına qarşı döyüşürəm və bu döyüşdə xalqım mənimlədir” - deyən respublikaçı namizədin bəri başdan məğlub ediləcəyini düşünür.

ABŞ sərhədlərindən kənarda apardığımız savaşlar milli maraqlarımızın qorunmasına, beynəlxalq terrorizmin ləğvinə, təhlükəsizliyimizin təmininə yönəlməyib. Bu savaşlar yalnız iri korporasiyaların dünyanın sərvətlərini bölüşdürməsinə, onların varlanmasına yönəlib. Amerikalıların cibindən savaşlara axan milyonlar dayandırılmalıdır. Bizə savaş yox, sabitlik və Rusiya ilə müttəfiqlik lazımdır” - deyən namizədin qələbəsinə imkan verərlərmi?

Hamını ABŞ demokratiyasının bu suallara necə cavab verəcəyi düşündürür. Amma artıq Ağ evin öz seçimini etdiyini söyləyənlər də var; bu, xanım namizəd Hillari Klintondur, fərziyyələrə görə, artıq seçkidən əvvəl seçilən Ameikanın növbəti prezidenti!

Teqlər: