Hillari Klintonun ərinə ölümlə bitən xəyanəti – GİZLİ DOSYE

Hillari Klintonun ərinə ölümlə bitən xəyanəti – GİZLİ DOSYE
  01 Noyabr 2016    Oxunub:34107
Bir qədər əvvəl ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Domald Tramp xanım rəqibi Hillari Klintonu ərinə xəyanətdə ittiham etmişdi. “Klinton yalnız öz sponsorlarına sadiqdir. Əgər düzünü bilmək istəsəniz, mən onun heç Billə vəfalı olduğunu da düşünmürəm”,- demişdi Tramp.

Seçkiqabağı mübarizə öz yerində, amma Hillari Klintonun ərinə xəyanət etməsilə bağlı çox faciəli bir epizod var. Xanım Klintonun qeyri-rəsmi bioqrafiyasında ciddi-cəhdlə bu qara ləkəni gizlətməyə çalışırlar. Çünki onun öz ərinin dostu Vins Foster ilə münasibəti ölümlə qurtarmışdı...

ABŞ-da hər kəs bilir ki, Klintonlar cütlüyü həmişə publika qarşısında xoşbəxt ailə rolunu oynasalar da, əslində heç vaxt elə olmayıblar. Onların münasibəti ailədən daha çox, işgüzar xarakterli olub. Bill Klintonun karyerasının yüksəlişində və siyasi olimpə qalxmasında Hillari həlledici rol oynayıb. Amma buna baxmayaraq, həmişə arvadını başqa qadınlarla dəyişib. O, hələ Arkanzasın qubernatoru olarkən Hillari ərini izləmək üçün özəl detektiv tutmuş və aldığı hesabatdan dəhşətə gəlmişdi. Elə o vaxtdan da qərara gəlmişdi ki, ərinə eyni yolla cavab qaytarsın.

...1970-ci illərin əvvəllərində Hillari ərinin uşaqlıq dostu, kollecdə üçünün də bir yerdə oxuduqları hüquqşünas Vins Foster ilə getdikcə daha da yaxın münasibətlət qurmağa başlayır. “Bill & Hillary: So This Is That Thing Called Love” adlı kitabın müəllifləri Darvin Porter və Denford Prins iddia edirlər ki, tezliklə onların arasında ciddi bağlılıq yaranır. Onlar demək olar ki, hər axşam bir yerdə şam yerməyinə gedirdilər, ev heyvanlarına bir-birinin adını qoymuşdular.



O vaxtlar qubernator Klintonun mühafizəsinin rəhbəri olmuş Larri Braun deyir ki, Bill evi tərk edən kimi dostu Vins onlara gəlirdi. Və şərait uyğun olsa, səhərə qədər qalırdı.

Kitabın müəllifləri yazırlar ki, Bill bunu bilsə də, vecinə almırdı. O, arvadını qadın kimi görə bilmir, ancaq işgüzar partnyor kimi baxırdı. Buna görə də, başı özünün intim macəralarına qarışmışdı və arvadının Vins Fosterə vurulması onu qətiyyən narahat etmirdi. Hətta əksinə: Bill öz arvadı ilə dostunun münasibətini təqdir edirdi. Onun yanaşması belə idi ki, arvadı kimin gəldi, ağuşuna girməkdənsə, ailəlikcə tanıdıqları bir adamla sevişsə, yaxşıdır. Fosterin arvadı Liza isə əksinə, ərini Hillariyə möhkəm qısqanırdı.

...Bill Klintonun ikinci prezidentlik müddətinin sonlarına yaxın 40 il əvvəl çəkilmiş bir intim video yayılmışdı. 1970-ci illərdə həvəskar kamera ilə lentə alındığı güman edilən videoda görünürdü ki, Vins Foster ilə “Hillari Klintona çox bənzyən bir qadın” bir yerdə vannada çimir, şampan içir, qucaqlaşır, öpüşürlər. Daha sonra yataq otağına keçirlər, burada onlara bir sarışın qadın da qoşulur və video daha qaynar səhnələrlə davam edir. O vaxtlar yayılan ehtimala görə, videonu Bill Klinton özü çəkibmiş.

Hillari də, Vins də hesab edirdilər ki, nigahda bəxtləri gətirməyib. Buna görə də ailələrində görə bilmədikləri sevgini bir-birlərində axtarırdılar. Onların ailəvi dostları iddia edirdi ki, Hillarının həyatının bəzi dönəmlərində onun üçün Vins Fosterdən daha əziz, daha dəyərli heç kim yox idi.



Bill Klinton ABŞ prezidenti seçiləndən sonra arvadının təkidilə Vins Fosteri özünə müşavir təyin edir. Amma Foster Vaşinqtonda başını girləyə bilmir: paytaxtın elitası onu qəbul etmir, korrupsiya və vəzifəsindən sui-istifadə də daxil olmaqla müxtəlif əməllərdə ittiham edirlər. Üstəlik, bu dönəmdə onun Hillari ilə münasibətləri də pozulur və onlar faktik olaraq ayrılırlar. Hillari hətta Vinsin zənglərinə də cavab vermirmiş.

Kövrək və həssas adam olan Vins Fosterin bütün bunlara əsəbləri dözmür və o, keçirdiyi ağır depressiyanın təsirilə 1993-cü ilin 19 iyulunda Vaşinqtonun “Fort Marsi” parkında tapançanın lüləsini ağzına soxaraq, atəş açır.

...Bu xəbər Hillariyə çatanda o, elə qışqırıbmış ki, yanındakı insanlar Bill Klintonun öldürüldüyünü zənn etmişdilər...

Monika Levinski qalmaqalı partlayanda Hillarini incidən heç də ərinin xəyanəti deyildi. Onu qəzəbləndirən bu idi ki, əri onların birgə proyektlərini zərbə altıda qoyub. Ağ Evin mühafizəçilərinin dediyinə görə, Bill Klinton üzündə qanlı cırmaq izləri və yumruq ləkələri ilə otağından çıxanda Hillari onun arxasınca belə qışqırırmış: “Kütbeyin yaramaz, sən bir q***a görə bzim bu boyda işimizi niyə məhv edirsən?”

“Bu boyda iş” isə onların anlaşması idi: əvvəlcə Hillari Billin prezident seçilməsinə dəstək olmalıdır, sonra Bill Hillarinin.

Fəqət ağıllı Hillari bu qalmaqaldan öz xeyrinə istifadə etməyi bacraır. Çox uğurlu PR-aksiyasından sonra Amerikanın milyonlarla qadınları, xüsusilə də iki zümrə - kişiləri tərəfindən aldadılmış xanımlar və evdar qadınlar onu öz qəhrəmanları kimi görməyə başlayırlar. Bu isə həddindən artıq böyük kütlədir!

Ərinin prezidentliyindən sonra da Hillarinin siyasi karyerası uğurla davam edir: O, əvvəlcə Nyu-York ştatından qubernator seçilir, 2009-cu ildə isə ABŞ-ın dövlət katibi olur. Hazırda prezidentliyə real namizəddir. Son akkordların vurulmasına isə bir həftə qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti