Məhəmməd peyğəmbər haqqındakı qalmaqallı film Rusiyada göstəriləcək - VİDEO
İran kinematoqrafiya tarixində ən bahalı filmin çəkilişləri Cənubi Afrikada daxil olmaqla bir sıra ölkələrdə baş tutub. Filmin ssenarisi İran, İraq, Mərakeş, Tunis və Əlcəzairdə tapılan tarixi sənədlər əsasında qurulub. Bundan əlavə, filmin yaradıcıları dini alimlər, teoloqlarla məsləhətləşiblər. Filmin çəkilişlərinə ümumilikdə 8 il vaxt sərf olunub.
Filmin büdcəsi 22 milyon dollardır. Lakin qeyri-rəsmi mənbələrə görə, filmin çəkilişlərinə 50 milyon dollar xərclənib.
“Film əsl İslam haqqında öyrənmək, həmçinin Məhəmməd Peyğəmbərin kim olduğunu öyrənmək istəyənlər üçün çəkilib. Bundan əlavə, filmin daha bir məqsədi bütün dünyadakı müsəlmanları birləşdirmək və bütün insanları nifrətə qarşı səsləməkdir”, - deyə filmin rejissoru Məcidi Məcid bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az