Ukrayna `Eurovision`un təşkilinə pul ayırmır – Qalmaqal

Alasaniya bildirib ki, Ukrayna beynəlxalq musiqi müsabiqəsinin keçirilməsinə bir qəpik də ayırmayıb. Üstəlik, xeyli bürokratik əngəllər törədilir.
- İşlərin qaydasında getməsi üçün əvvəla, Nazirlər Kabineti qəbul etdiyi qərarları dəyişməlidir. İndiki qaydalarla biz ayına 12-15 min avro tələb edən avropalı mütəxəssisləri işə götürə bilmirik. Bu, tender şərtlərindən qırağa çıxır,- deyə Alasaniya bildirib.
O, vurğulayıb ki, hazırda Ukraynada dövlətin pullarından ancaq hakimiyyətə yaxın insanlar faydalana bilirlər. Ona görə də, belə vəziyyətdə işləməkdənsə, istefa vermək daha məqbuldur.
Samir Quliyev
AzVision.az