Azərbaycan qələbə qazandı

Azərbaycan qələbə qazandı
  15 Avqust 2013    Oxunub:1357
Azərbaycan futbol üzrə milli komandası bu gün Malta yığması ilə növbəti yoxlama oynuna çıxıb.
”Baksel Arena” da keçirilən oyun 3:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə qurtarıb. Qolları Rüfət Dadaşov (5, 71) və Rauf Əliyev (63) vurub.

Bu, komandalar arasında dördüncü qarşılaşmadır. Azərbaycan millisi indiyədək Malta yığması ilə 3 dəfə qarşılaşıb və hər üç oyunda məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması cari ildə üç yoxlama oyunu keçirib. Özbəkistanla 0:0 oynayan komanda Lixtenişteynə 1:0 hesabı ilə qalib gəlib. Qətərlə isə hesab 1:1 olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti