`ABŞ dünya jandarmı olmalıdır` – NATO-nun keçmiş baş katibindən qalmaqallı bəyanat
- Bizim bir dünya jandarmı olaraq ABŞ-a ehtiyacımız var, bizə bu ölkənin qəti qlobal liderliyi lazımdır,- deyə Rasmussen Amerikanın Sky News televiziyasına müsahibəsində bildirib.
Qəribəsi odur ki, hazırda bütün dünya, o cümlədən də NATO üzvü olan ölkələr çoxqütblü dünyadan danışır, hansısa bir ölkənin dünyada dominantlığının yolverilməz olduğunu hesab edirlər. Amma 2009-2014-cü illərdə NATO-ya başçılıq etmiş Rasmussen əksinə, hesab edir ki, Vaşinqton bütün dünyada gedən konfliktlərə qarışmalı və həlledici söz sahibi olmalıdır.
O da maraqlıdır ki, bu haqda danışarkən NATO-nun keçmiş baş katibi bircə dəfə də olsun, BMT-ni xatırlatmayıb. O, hesab edir ki, beynəlxalq hüququ və sabitliyi ancaq ABŞ təmin etməlidir.
Deyəsən, ABŞ bu yolla – yəni Rasmussen kimi şəxslərin dili ilə özünün əsl niyyətlərini tədricən dünyaya açıqlamağa başlayır.
Tariyel Həsənov
AzVision.az
Teqlər: