ABŞ-da nüvə həyəcanı yaşandı

ABŞ-da nüvə həyəcanı yaşandı
  03 Noyabr 2016    Oxunub:2115
ABŞ-ın Cənubi Karolina ştatında yerləşən nüvə obyektində şübhəli əşya ilə bağlı həyəcan siqnalı verilib.
Bu barədə AzVision.az “RT”-yə istinadən xəbər verir.

“Savanna River” Milli nüvə laboratoriyası “Facebook” səhifəsində yaydığı məlumatda tualetdən partlayıcı qurğuya bənzəyən şübhəli əşya tapıldığını yazıb.

Lakin əşyanın tapıldığı məkanda aparılan detallı araşdırmalar nüvə obyekti üçün təhlükənin olmadığı məlum olub.

“Savanna River”də verilən həyəcan siqnalı ləğv olunub. Detallı araşdırma zamanı şübhəli əşya təhlükəli hesab olunmayıb və obyekt normal iş rejiminə qayıdıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ Energetika Nazirliyinin tabeliyində olan obyekt radiokativ tullantıların saxlanılması, dezaktivasiyası və yenidən emalı ilə məşğul olur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti