Pedofil konqresmenin Klintonla yazışmaları üzə çıxdı

Pedofil konqresmenin Klintonla yazışmaları üzə çıxdı
  03 Noyabr 2016    Oxunub:2852
ABŞ prezidentliyinə namizəd Hillari Klintonun yaxın köməkçisi Hum Abedinin həyat yoldaşı, keçmiş konqresmen Entoni Viner reabilitasiya mərkəzinə yerləşdirilib.
AzVision.az “Daily Mail”-yə istinadən xəbər verir ki, 15 yaşlı qızla intim yazışmaları ilə gündəmə gələn keçmiş konqresmen və Nyu-York meri postuna sabiq namizəd seksual asılılıqdan əziyyət çəkir. Hazırda ona reabilitasiya mərkəzində yardım göstərilir.

Nəşr dəqiqləşdirib ki, klinikada xəstələr virtual seks asılılığından müalicə olunurlar. Bildirilir ki, kişi və qadınlar reabilitasiya mərkəzində ayrı-ayrı otaqlarda saxlanılır.

Entoni Viner 15 yaşlı yeniyetmə ilə intim yazışmalarda ittiham olunur. Vinerin kompüterinin yoxlanılması zamanı mail poçtunda Hillari Klintounun elektron məktubları aşkar edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti