Avropa Məhkəməsi Ermənistana qarşı - Kütləvi şikayət
“Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikael Melkumyanın sualını cavablandıran Tatoyan deyib: “İnsan haqları üzrə Avropa Məhkəməsinin Ermənistana qarşı qərarlarının sayı narahatlıq doğurur. Düzdür, bu, bizim ölkəmizin göstərici üzrə ilk yerdə olmağı ilə bağlı deyil. Lakin yenə də narahatedici faktdır”.
Ombudsmanın sözlərinə görə, qanun pozuntuları əsasən məhkəmənin vətəndaşlara qarşı qəbul etdiyi qərarlarla bağlıdır.
Eldar Tanrıverdiyev
AzVision.az