Nazir Pakistana silah almağa gedir

Nazir Pakistana silah almağa gedir
  03 Noyabr 2016    Oxunub:2840
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov noyabrın sonunda Pakistana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfax- Azərbaycan” diplomatik mənbələrə istinadən xəbər verir.

“Yavər Camalov müdafiə məhsulları sərgisində iştirak etmək məqsədilə noyabrın sonunda Pakistana səfər edəcək”, - deyə mənbə agentliyə bildirib.

Səfər zamanı Pakistandan yeni silahların alınması ilə bağlı görüşlərin keçiriləcəyi bildirilir.

Qeyd edək ki, 22-25 noyabr tarixlərində Pakistanın Karaçi şəhərində “IDEAS-2016” IX Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.

Məlumat üçün bildirək ki, Pakistanın Ticarət və Müdafiə Sənayesi Nazirlikləri Azərbaycana yarım milyard dollarlıq müdafiə təyinatlı məhsulların ixracının tezləşdirilməsinə dair birgə fəaliyyət planını təsdiq edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti