Rusiya aviaşirkəti İrəvana uçuşlardan imtina etdi

Rusiya aviaşirkəti İrəvana uçuşlardan imtina etdi
  03 Noyabr 2016    Oxunub:3928
Rusiyanın aşağı büdcəli aviaşirkəti "Pobeda" Ermənistanın paytaxtı İrəvana aviareyslər həyata keçirməkdən imtina edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb Zvartnots hava limanında yüksək gömrük rüsumlarının olmasıdır.

İrəvan hava limanında 1 sərnişin üçün rüsum 50 avro təşkil edir. Bu isə Rusiya aviaşirkətinin büdcəsinə uyğun deyil. "Pobeda"nın xarici marşrut istiqamətində 1 sərnişin üçün hava limanının rüsumu orta hesabla 10 avro təşkil edir. Bir sıra hava limanlarında isə bu xidmət ümumiyyətlə pulsuzdur.

Qeyd edək ki, "Pobeda" Rostovdan İrəvana, həmçinin Gümrüyə uçuşlar həyata keçirməyə icazə alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti