`ABŞ-ın təhsil, səhiyyə sistemində ciddi nöqsanlar var` - Trampın oğlu

`ABŞ-ın təhsil, səhiyyə sistemində ciddi nöqsanlar var` -  Trampın oğlu
  03 Noyabr 2016    Oxunub:2324
ABŞ-da prezidentliyə namizəd Donald Trampın oğlu Erik Tramp prezident seçkilərində Federal Təhqiqat Bürosunun apardığı istintaq işində adı hallanan namizədin (Hillari Klintonu nəzərdə tutur-red) seçki marafonunda iştirakını yolverilməz hesab edir.
AzVision.az xəbər verir ki, bu barədə Erik Tramp “Fox News”-a açıqlamasında bildirib.

“Bu, inanılmaz faktdır. Ölkəmizdə ona qarşı araşdırmaların aparıldığı və hətta cinayət işinin qaldırıla biləcəyi prezidentliyə namizəd var”, - deyə Trampım oğlu qeyd edib.

O, vurğulayıb ki, ABŞ cəmiyyətinə belə maneələr lazım deyil, çünki ölkə daxilində işsizlik problemi, səhiyyə, təhsil sistemində problemlər, eləcə də orduda ciddi nöqsanlar var.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərin noyabrın 8-də keçiriləcək. Prezidentlik uğrunda Donald Tramp və Hilari Klinton mübarizə aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti