FETÖ Hillari Klintona dəstək verir

FETÖ Hillari Klintona dəstək verir
  03 Noyabr 2016    Oxunub:1878
ABŞ-da Demokrat partiyasından prezidentliyə namizəd olan Hillari Klintonun seçiləcəyi təqdirdə prezidentin köməkçisi olacaq Tim Kainenin FETÖ ilə əlaqəli bir quruma təbrik mesajı göndərdiyi bəlli olub.
AzVision.az “Daily Sabah”a istinadən xəbər verir ki, Virciniya senatoru olan diplomat FETÖ-nun ABŞ-dakı ən mühüm lobbi mərkəzlərindən olan və son dövrdə Türkiyə əleyhinə təbliğat aparan Rum foruma məktub göndərib. 20 oktyabr tarixli məktubda: “Sizi salamlamaqdan məmnunluq duyuram və təbrik edirəm” qeyd olunub.

Klintonun köməkçisi olacaq Kainenin daha əvvəldə FETÖ-nun bir çox tədbirlərində iştirak etdiyi bildirilib.

Qeyd olunub ki, FETÖ Klintonun seçki kampaniyasına böyük dəstək verir və reklamı üçün külli miqdarda vəsait xərcləyir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti