Tramp və Klintonun qələbə hazırlığı

Tramp və Klintonun qələbə hazırlığı
  04 Noyabr 2016    Oxunub:2350
ABŞ prezidenti postuna Respublika Partiyasının namizədi Donald Tramp seçkilərdə şübhə etmədiyi qələbəsini Nyu-Yorkda bayram etməyə hazırlaşır.
TASS xəbər verir ki, Donald Trampın seçki kampaniyasının qərargahı tədbirin noyabrın 8-də axşam saatlarında Manhetten rayonunun mərkəzində yerləşən “Hilton” otelində təşkil olunacağını bildirib. Giriş “yalnız Tramp-Pens kompaniyasının dostları və tərəfdarları üçün dəvətnamələr” əsasında olacaq.

Bir qədər əvvəl Demokratik Partiyanın namizədi Hillari Klintonun qərargahı keçmiş dövlət katibinin seçkiqabağı yarışın başa çatmasını təntənə ilə qeyd edəcəyi barədə məlumat yayıb.

Xanım Klinton da tədbiri Manhetten rayonunda – “Jacob Javits” konfrans zalında keçirməyi planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti