ABŞ Avropaya 6 minlik ordu göndərir

ABŞ Avropaya 6 minlik ordu göndərir
  04 Noyabr 2016    Oxunub:1547
ABŞ qış aylarında Avropaya dörd min nəfərdən ibarət zirehli tank briqadası göndərəcək.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ABŞ Ordu Departamentinin nümayəndələrinin yaydığı məlumata görə, söhbət Kolorado ştatında Fort-Karson bazasında yerləşdirilən 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasından gedir.

Bundan əlavə Avropaya təqribən 4 min hərbçi göndəriləcək. Həmçinin Avropaya 10-cu dağ diviziyasının 10-cu aviasiya briqadasının 1750 əsgəri yola salınacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti