Klintonun İŞİD-lə bağlı gizlətdiyi sirr - Sensasion məlumat

Klintonun İŞİD-lə bağlı gizlətdiyi sirr - Sensasion məlumat
  04 Noyabr 2016    Oxunub:11201
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton öz yazışmalarında Qətərin və Səudiyyə Ərəbistanının İŞİD terror təşkilatını maliyyələşdirdiyini etiraf edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir iddia ilə “Wikileaks”in rəhbəri Culian Assanc çıxış edib.

Assanc, 2014-cü ilin əvvəllərində Klintonun elektron məktublarında bu barədə yazdığını bildirib. Klintonun məktublarında İŞİD-i məhz Səudiyyə Ərəbistanı və Qətərin maliyyələşdirdiyi göstərilib.

“Onu da qeyd edim ki, Hillari Klinton dövlət katibi olduğu vaxt ABŞ-la Səudiyyə Ərəbistanı arasında silah satışı üzrə 80 milyard dollarlıq böyük saziş bağlanıb” –deyə Assanc əlavə edib.

Xatırladaq ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti