Abituriyentlərə müjdə
Bu barədə AzVision.az-a açıqlamasında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib: “3 gün müddətində nəticələr bilinəcək”.
Qeyd edək ki, abituriyentlərin ixtisas seçimi bu gün saat 00:00-da başa çatacaq. 35908 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib, onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər.
Nihadə Eyyubova







Vaxtında, Aydın, Lazımlı!


