`HDP bağlanmalı, deputatlar həbs edilməlidir` - Politoloq

`HDP bağlanmalı, deputatlar həbs edilməlidir` - Politoloq
  04 Noyabr 2016    Oxunub:2769
Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinə qarşı əməliyyat keçirilib. Nəticədə HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 deputat həbs olunub. Onlara qarşı “terror təşkilatı PKK-nın təbliğatını aparmaq”, “cinayəti və cinayətkarı tərifləmək”, “xalqı kin və düşmənçiliyə təhrik”, “silahlı terror təşkilatına üzv olmaq” və “dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs” maddələri ilə ittihamlar irəli sürülüb.
Türkiyədə HDP-yə qarşı aparılan əməliyyatları AzVision.az-a şərh edən politoloq Qabil hüseynli bildirib ki, Türkiyə PKK-ya və onu himayə edənlərə qarşı mübarizəni gücləndirməlidir:

“Türkiyədə bəzi məsələlərə münasibətdə taktiki yalnışlıqlar var. Onlardan biri də PKK-ya qarşı mübarizədir. Bütün qüvvələr bu terror təşkilatına qarşı yönləndirilməlidir. PKK-nı müdafiə edən, onu maliyyələşdirən qüvvələrin neytrallaşdırılmasına diqqət yetirilməlidir. Dünənki uşaq bu gün dağa çıxaraq potensial terrorçuya çevrilir və Türkiyəyə qarşı amansız mübarizə aparır. Bu məsələlərdə onlara yardım və yataqlıq edən, yol göstərənlərə, siyasətçilərə qarşı mübarizə gücləndirilməlidir. Eyni zamanda bununla bağlı dövlətin içərisinə sızmış adamlar aşkar edilməli və cəzalandırılamlıdır”.



Q.Hüseynli vurğulayıb ki, Türkiyə dərhal HDP-nin qapadılması prosesinə başlamalıdır: “Bu partiya 40 millət vəkili ilə Türkiyə Böyük Millət Məclisində təmsil olunur. Partiyanın bütün üzvləri aşkar şəkildə PKK-nın təbliğatını aparır və milləti separatçı, millətçi əhval ruhiyyəsinə səsləyir. Ona görə də partiya bağlanmalı, seçilən millət vəkilləri üzərinə ciddi nəzarət qoyulmalı, bir qisminin fəaliyyəti ciddi araşdırılmalı, ya həbs edilməli, ya da ev dustaqlığına məhkum edilməlidir. Türkiyə həqiqətən dövləti qorumaq istəyirsə, onu düşmənlərdən təmizləməlidir. Burada demokratiya və digər məsələlər özünü doğrultmur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti