Klintonlara qarşı milyonluq rüşvət ittihamı

  04 Noyabr 2016    Oxunub : 9950
Klintonlara qarşı milyonluq rüşvət ittihamı
ABŞ-ın eks-prezidenti Bill Klintonun və Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klintonun fondu nüfuzlü yerləri satın almaq üçün “nəhəng” qurumdur.

AzVision.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu fondun əməliyyatları üzrə monitorinq aparan investisiya analitiki Çarlz Ortel bildirib.

“Klintonlar biznes üçün açıqdır. Onların fondu bütün dünya üzrə qeyri-qanuni fəaliyyətlərlə əlaqəlidir. Fond rüşvət üçündür. İnsanlar Klintonların fonduna kifayət qədər az məbləğ qoymaqla yüz milyon, hətta milyard dollarla böyük səmərəni geri ala bilərlər”.

O bildirib ki, fondun leqal təşkilatlar kimi prezident arxivinə və tədqiqat mərkəzi olan Littl-Roka girişi var.

Ekspert əlavə edib ki, 2001-ci ildən Klintonların fondu xaricdə işləməyə başlayıb: “Hərçənd buna icazə istəməyib, qanuni status almamışdı. Bu, qanunsuzdur. Hillari Klinton ABŞ-ın dövlət katibi postunu tutduğu zaman fond digər ölkələrin hökumətlərindən yüz milyon dollarla ianə alıb. Onların əksəriyyətinin ABŞ Dövlət Departamenti ilə yaxşı münasibətləri var. Düşünmürəm ki, Klintonların fondu haqqında mətbuatda araşdırma aparılsın. Mətbuat Klintonların əsarəti altındadır”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: