İbrahimbəyovun sənədləri ləngiyir

İbrahimbəyovun sənədləri ləngiyir
  15 Avqust 2013    Oxunub:1019
Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri bu gün də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunmayacaq.

Bu sözləri AzVision.az-a açıqlamasında Milli Şura seçicilərinin təşəbbüs qrupunun nümayəndəsi Elman Məmmədzadə bildirib.

“Bu gün Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim olunmayacaq. Sənədləri ilə bağlı müəyyən əlavə işlər var ki, həmin işləri həll etməliyik. Səlahiyyətli nümayəndələrin təyin edilməsi, onların razılıq ərizələri və şəhadətnamələri ilə bağlı bəzi işlər görülməlidir. Bunların hamısı MSK-nın müvafiq tələblərinə uyğun tərtib olunmalıdır. Bu işlər yekunlaşandan sonra sənədləri MSK-ya təqdim edəcəyik. Amma sənədlərin konkret nə vaxt təqdimatı ilə bağlı bir söz deyə bilmərəm.Yekunlaşanda xəbər ediləcək”-deyə E. Məmmədzadə qeyd edib.

Qeyd edək ki, Milli Şuranın üzvü Eldəniz Quliyev mətbuata verdiyi açıqlamada Rüstəm İbrahimbəyovun seçki sənədlərinin dünən MSK-ya təqdim olunacağını deyib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti