ABŞ-da polislər güllələndi: Ölən və yaralı var

ABŞ-da polislər güllələndi: Ölən və yaralı var
  05 Noyabr 2016    Oxunub:1661
ABŞ-ın Nyu-York şəhərində soyğunçuluqda şübhəli bilinən şəxs polisə atəş açıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

Hadisə Bronks rayonunda baş verib. Polis təqibdən sonra şübhəli şəxsin avtomobilini saxlayıb.

Bu zaman cinayətkar polisə atəş açıb. Nəticədə polis çavuşu ölüb, zabit isə ayağından yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Polisə atəş açan 35 yaşlı Manuel Rozales olub. O, öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti