Dələ qocalar evinə hücum etdi - Yaralılar var

Dələ qocalar evinə hücum etdi - Yaralılar var
  05 Noyabr 2016    Oxunub:12112
ABŞ-da dələ qocalar evinə hücum edib.
Bu barədə AzVision.az "Gazeta.ru"-ya istinadən xəbər verir.

Məlumata əsasən hadisə Florida ştatında baş verib. Dələ əvvəlcə küçədə bir kişiyə hücum edib. Lakin o, gəmiricinin hücumundan qaça bilib.

Gəmirici bundan sonra qocalar evinə daxil olub və orada olan ahıl insanlara hücum edib. Dələnin hücumu zamanı üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Dələ xilasedicilərin gəlişinə qədər ərazidən uzaqlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti