Diyarbəkirdəki partlayışı İŞİD törədib

Diyarbəkirdəki partlayışı İŞİD törədib
  05 Noyabr 2016    Oxunub:1551
İŞİD terror qruplaşması Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
AzVision.az-ın məluamatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Bundan əvvəl Türkiyənin NTV telekanalı xəbər vermişdi ki, partlayışa görə məsuliyyəti PKK təşkilatı öz üzərinə götürüb.

Bu arada İŞİD terror qruplaşması bir qrup uşağı İraqın Mosul şəhərinin şərqində hərbçilərə qarşı terror aktı həyata keçirmək üçün hazırlayıb. İŞİD Mosulun şərqində yerləşən küçələrdəki evlərdə gənc kamikadzelər yerləşdirib. Onların əsas vəzifəsi özlərini təmizlik işləri aparan hərbçilərlə birlikdə partlatmaqdan ibarətdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti