Klintonun 1 milyon rüşvət aldığı təsdiqləndi

Klintonun 1 milyon rüşvət aldığı təsdiqləndi
  05 Noyabr 2016    Oxunub:3953
ABŞ-ın eks-prezidenti Bill Klintonun Fondunun nümayəndəsi fonda Qətər hökuməti tərəfindən 1 milyon dollar məbləğində ianə alması barədə məlumatı təsdiqləyib.
AzVision.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ianə ABŞ-ın sabiq prezidentinin doğum günü münasibətilə verilib.

Bundan əvvəl “Wikileaks” portalı prezident postuna namizəd Hillari Klintonun seçki qərargahına rəhbərlik edən Con Podestlə Bill Klintonun (Clinton Foundation) fondunun əməkdaşlarının yazışmalarını dərc edib.

Məktublardan bəlli olur ki, Qətər hakimiyyəti Bill Klintona anadan olmasının 65-cı ili münasibəti ilə 1 milyon dollar “hədiyyə” etmək niyyətindədir və əvəzində Qətərdən olan rəsmilər onunla şəxsən görüşmək istəyirlər.

Agentliyin məlumatına görə, Fondun nümayəndəsi Brayan Kukstra (Brian Cookstra) bu həftə Qətər tərəfindən fonda 1 milyon dollar "hədiyyə" edildiyini etiraf edib.

“Reuters” agentliyinin eks-prezident “hədiyyə verənlər”lə şəxsən görüşüb mü? sualını isə fondun nümayəndəsi cavabsız qoyub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti