Türkiyədə daha bir terror: 2 uşaq ölüb, 4-ü yaralıdır

Türkiyədə daha bir terror: 2 uşaq ölüb, 4-ü yaralıdır
  05 Noyabr 2016    Oxunub:3005
Türkiyənin Şırnak əyalətində partlayış törədilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şırnakda PKK terrorçularının quraşdırdığı partlayıcının işə düşməsi nəticəsində iki uşaq həlak olub.

Şirnak valiliyinin yaydığı məlumata görə, partlayış nəticəsində 6 uşaq yaralanıb. Yaralanmış uşaqlar Şırnak Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin cəhdlərinə baxmayaraq, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Hazırda 4 uşağın müalicəsi davam etdiririlir.

Polis tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti