Kaliforniyada atışma - 8 nəfər yaralanıb

Kaliforniyada atışma - 8 nəfər yaralanıb
  06 Noyabr 2016    Oxunub:1623
ABŞ-ın Kaliforniya ştatındakı Oklend şəhərində atışma nəticəsində 8 nəfər yaralanıb. Bu barədə BNO News xəbər portalı məlumat yayıb.
AzVision.az RİA Novostiyə istinadən xəbər verir ki, hadisə “Vinil” gecə klubunun qarşısında baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaralılardan ikisi şübhəli şəxs qismində saxlanılıb. Yaralanan digər 6 nəfərin hamısı xəstəxanaya yerləşdirilib. Onların 4-ü qadın, 2-si kişidir.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti