HDP Türkiyə parlamentindən imtina etdi
“Parlamentdə fəaliyyətlətimizi dayandırmaq qərarına gəldik. Xalqımızla birlikdə olacağıq” -deyə HDP sözçüsü Ayhan Bilgən açıqlamasında bildirib.
Qeyd edək ki, Türkiyədə Xalqların Demokratik Partiyasından olan deputatlara qarşı əməliyyatlar davam edir. Məhkəmənin qərarı HDP-nin həmsədri Səlahəddin Dəmirtaş, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Figən Yüksəkdağ daxil olmaqla bir neçə vəkili həbs olunub. Onlar PKK-ya silah və maliyyə yardımı göstərilməkdə ittiham edilirlər.
AzVision.az