Bolqarıstandakı seçkilərin nəticələri məlum oldu

Bolqarıstandakı seçkilərin nəticələri məlum oldu
  07 Noyabr 2016    Oxunub:1423
Noyabrın 6-da Bolqarıstanda keçirilən prezident seçkilərində Rumen Radev seçicilərin 24,8 faiz, Tsetska Taçeva isə 23,5 faiz səsini toplayıb.
Bu barədə “Alfa Research” və “Gallup” sosial agentliklərinin saat 19:30-a olan məlumatında bildirilir. Prezident seçkilərin ikinci turunda GERB partiyasının üzvü, Bolqarıstan parlamentinin spikeri Tsetska Tsaçeva və hava qüvvələrinin sabiq komandiri, Bolqarıstan Sosialist Partiyasının üzvü Rumen Radev qarşılaşacaqlar. (Azərtac)

AzVision.az xatırladır ki, bu gün Bakı vaxtı ilə saat 10-da Bolqarıstanda prezident və vitse-prezident seçkilərinə start verilib.

Bolqarıstan prezidenti və vitse-prezidenti vəzifələri uğrunda müxtəlif partiya, hərəkat və birliklərdən 21 cütlük olmaqla 42 namizəd mübarizə aparıb.

Seçkilərdə əsas mübarizə hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) partiyasının namizədi xanım Tsetska Tsaçeva və “Bolqarıstan Sosialist Partiyası”nın namizədi Rumen Radev arasında gedib.

AzVision.az


Teqlər:  





Xəbər lenti