FTB Klintona qarşı ittiham irəli sürəcəkmi?

FTB Klintona qarşı ittiham irəli sürəcəkmi?
  07 Noyabr 2016    Oxunub:1887
Federal Təhlükəsizlik Bürosu (FTB) “elektron poçt” işinin bərpası ilə əlaqədar Hillari Klintona qarşı ittiham irəli sürməyəcək.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə FTB direktoru Ceyms Kominin Konqresə göndərdiyi məktubda qeyd olunur.

Məktubda Hillari Klintonun yeni aşkarlanan məktublarının tədqiq edildiyi, sabiq dövlət katibinin əməlində cinayət tərkibinin olmadığı vurğulanıb.

“Sabiq dövlət katibinə qarşı iyulda verilən qərar qüvvədə qalır”, - Kominin məktubunda bildirilir.

Xatırladaq ki, oktyabrın sonunda ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna namizədi Hillari Klinton barəsində iyulda yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti