Trampa `Twitter` qadağası qoyuldu

Trampa `Twitter` qadağası qoyuldu
  07 Noyabr 2016    Oxunub:2001
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın müşavirləri onu “Twitter” mikrobloqundan uzaqlaşdırıblar.
AzVision.az “The Hill”-ə istinadən xəbər verir ki, Tampın müşavirləri milyarderin sistematik olaraq mikrobloqunu siyasi rəqiblərinə qarşı istifadə etdiyinə görə müvəqqəti bağlayıblar.

KİV yazır ki, Tramp seçiciləri ilə “filtrdən keçirilməyən baxışları” bölüşdüyü üçün ara-sıra qalmaqallar yaşanıb.

Nəşrn məlumatına görə, Trampın “Twitter”-də izləyicilərinin sayı 13 milyondan çoxdur.

Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-də keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti