Centiloni Bakıdan İrəvana gedəcək

Centiloni Bakıdan İrəvana gedəcək
  07 Noyabr 2016    Oxunub:1665
İtaliyanın xarici işlər naziri Paolo Centiloni Gürcüstanın paytaxtı Tbilisiyə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə İtaliya XİN-in yaydığı məlumatında deyilir.

Səfər zamanı nazir Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.

İtaliya xarici işlər idarəsinin məlumatına görə, daha sonra P.Centiloni Azərbaycan və Ermənistana səfər edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti