Ermənilərin Dubayda milyonluq almaz oğurluğu
Dekabrın 18-də Ovanes Melkonyan Dubaya gedib. O, Xosrov Melkonyan və Semen Ediqaryanın Dubaya getmək xərcini ödəyib.
Dubayda Ovanes və Xosrov Hindistanın “Color Source for Gold and Diamonds Company” şirkətinin nümayəndəsi Salonki adlı şəxslə görüşüb.
Ermənilər hind şirkətindən böyük partiya almaz sifariş ediblər. Lakin cinayətkarlar almaz almaq niyyətində olmayıblar . Onlar əvvəlcədən təyin olunan məkanda Salonki ilə görüşüb, onun əl-qolunu bağlayıb və başına selofan paket keçirirək boğublar.
Cinayətkar ermənilər ümumi dəyəri 1 milyon 700 min dollar dəyərində olan müxtəlif rəngli 6800 karat həcmində almazı ələ keçirib.
Ermənilər almazları maye sabunun içərisində ölkəyə keçirmək istəyiblər. Lakin erməni oğrular İrəvanın “Zvartnoç” hava limanında gömrükçülər tərəfindən saxlanılı.
İş üzrə növbəti məhkəmə proses işi noyabrın 10-da keçiriləcək.
Eldar Tanrıverdiyev
AzVision.az