Obama Trampı lağa qoydu

Obama Trampı lağa qoydu
  07 Noyabr 2016    Oxunub:2916
ABŞ prezidenti Braka Obama Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın “Twitter”-dən uzaqlaşdırılmasına münasibət bildirib.
Bu barədə AzVision.az “Mashable”-a istinadən xəbər verir.

“Əgər kimsə öz “Twitter” hesabını idarə edə bilmirsə, onda həmin şəxsə nüvə çemodanını etibar etmək olmaz”, - deyə Obama Florida ştatında Hilari Klintona dəstək mitinqində bildirib.

Qeyd edək ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın müşavirləri onu “Twitter” mikrobloqundan uzaqlaşdırıblar. Trampın müşavirləri milyarderin sistematik olaraq mikrobloqunu siyasi rəqiblərinə qarşı istifadə etdiyinə görə müvəqqəti bağlayıblar.

KİV yazır ki, Tramp seçiciləri ilə “filtrdən keçirilməyən baxışları” bölüşdüyü üçün ara-sıra qalmaqallar yaşanıb.

Nəşrn məlumatına görə, Trampın “Twitter”-də izləyicilərinin sayı 13 milyondan çoxdur.

Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-də keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti