Bayramov Rusiyada azərbaycanlılara 100 min `atıb`

Bayramov Rusiyada azərbaycanlılara 100 min `atıb`
  07 Noyabr 2016    Oxunub:2718
Tümenin mərkəzi rayon məhkəməsi 55 yaşlı azərbaycanlı Elman Bayramovu fırıldaqçılıqda təqsirli bilib.
AzVision.az
Bayramov ali təhsilli şəxsdir. Sənədlərə əsasən o, 2014-cü ildən “Metalloprokat MMK” MMC-nin baş direktorudur.

Müttəhim tələbə oğlu üçün yataqxanada ev almaq istəyən azərbaycanlı ailənin etibarını qazanaraq aldadıb. Onlardan müvafiq mənzili tapmaq üçün 100 min rubl istəyib.

Ailə mənzili almaq üçün ilkin 27,716 min rubl dəyərində zinət əşyalarını lombarda qoymalı olub. Daha sonra cütlük lombardda Bayramova 100 min rubl veriblər, sonuncu isə pulu aldıqdan sonra aradan çıxıb. Bir neçə gün sonra cütlük fırıldaqçını tapıb və ondan pullarını güclə geri alıblar.

Bayramov polisə müraciət edib, qarət olunduğunu bildirib, bu hadisədən bir saat sonra polis patrulu cütlüyü saxlayıb. Vəziyyəti araşdıran polislər cütlüyü azad edərək fırıldaqçını saxlayıblar.

Məhkəmə iddianı təmin edərək Bayramovun fırıldağı nəticəsində zərərçəkənə dəyən 83,5 min rubl həcmində maddi zərəri ödəməsi barədə qərar çıxarıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti