Gürcüstanda məcburi hərbi çağırış bərpa edilir
"Çağırışçılar tam ibtidai hazırlıq keçəcək və dəyərli hərbçilər kimi formalaşacaq. Onların maaşları 50 lariyə qədər artacaq, həmçinin onların istirahət etmək imkanı olacaq. Yenilənmiş icbari hərbi xidmət xərclərə qənaət edilməsinə, orduya çağırış sisteminin peşəkar səviyyədə həyata keçirilməsinə dəstək verilməsinə və həm ehtiyat, həm də müqavilə üzrə daha çox kadrın hazırlanmasına imkan verəcək", - deyə İzoriya bildirib.
Qeyd edək ki, ölkədə icbari hərbi çağırışı keçmiş müdafiə naziri Tinatin Xidaşelini dayandrımışdı. Sabiq xanım nazirin fikrincə, bununla Gürcüstan ordusu tamamilə müqaviləli xidmətə keçməli idi.
İlkin Nəcəfzadə
AzVision.az