Moskva-Bakı reysi 2 saatdan çox gecikib

Moskva-Bakı reysi 2 saatdan çox gecikib
  07 Noyabr 2016    Oxunub:1727
Rusiyanın paytaxt aeroportlarında güclü qar səbəbindən 30 reys təxirə salınıb, 60 reys isə gecikib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskvanın Şeremetyevo hava limanından Bakıya ötən gecə həyata keçirilmiş reysi 2 saat 35 dəqiqə gecikib.

Belə ki, Moskva vaxtı ilə gecə saat 00:55-də havaya qalxmalı olan təyyarə əlverişsiz hava şəraiti üzündən saat 03:30-da yola düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti