Diyarbəkirdəki terrora görə 10 nəfər tutulub

Diyarbəkirdəki terrora görə 10 nəfər tutulub
  07 Noyabr 2016    Oxunub:1295
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılmasına görə saxlanılanlar var.
AzVision.az “Sözçü” yə istinadən xəbər verir ki, terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində 10 nəfər şübhəli şəxs qismində tutulub.

Məlumata görə, adları açıqlanmayan şübhəlilər dindirilməsi üçün Diyarbəkir polis bölməsində aparılıb

Qeyd edək ki, Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda törədilən terror aktı nəticəsində 11 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti