`Azərbaycanın hərbi təlim keçirməsi daxili işidir` - Gürcü nazir

`Azərbaycanın hərbi təlim keçirməsi daxili işidir` - Gürcü nazir
  07 Noyabr 2016    Oxunub:1718
Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında əməkdaşlıq yüksək səviyyədədir.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli format çərçivəsində əməkdaşlıq getdikcə inkişaf edir:

“İstəyirik ki, regionun təhlükəsizliyi yüksək səviyyədə olsun. Buna görə də üçtərəfli görüşlərimizi davam etdirəcəyik və münasibətlərimizi gücləndirəcəyik”.

Nazir Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərinə də münasibət bildirib: “Azərbaycan suveren dövlətdir və bu cür təlimlər keçirmək də onun daxili işidir. Biz bu təlimlərdə heç bir təhlükə görmürük və narahat deyilik. Azərbaycan bizə yaxın qonşu və dost dövlətdir. Bizim çox yaxşı münasibətlərimiz var. Mən daxili işlər nazirinin müavini işləyərkən də azərbaycanlı həmkarlarımla çoxlu görüşlərim olub. Bu gün də həm dövlətlər səviyyəsində, həm də şəxsi münasibətlər müstəvisində dostluq əlaqələrimiz inkişaf edir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti