Əl-Bağdadi Mosuldan qaçdı

Əl-Bağdadi Mosuldan qaçdı
  07 Noyabr 2016    Oxunub:1683
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi İraqın Mosul şəhərini tərk edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İraq ordusunun xüsusi xidmət orqanları yayıb.

Qeyd olunub ki, Əbu Bəkr Əl-Bağdadi 150 ailə ilə birlikdə hava zərbələrindən xilas olmaq üçün şəhəri tərk edib.

Şəhəri tərk etdikdən sonra Əl-Bağdadi internet vasitəsi ilə İŞİD üzvlərini şəhərdə qalmağa və son nəfəsədək döyüşməyə çağırıb. Terrorçular Əl-Bağdadinin müraciətini şəhərdə səsucaldanlarla yayımlayıblar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti