Azərbaycan Misiri böhrandan xilas edir – Bloomberg
Bu barədə AzVision.az “Bloomberg”-ə istinadən xəbər verir.
Məlumata əsasən Tarek əl-Molla Abu-Dabidə keçirilən konfransda bildirib ki, ötən aydan etibarən Səudiyyə Ərəbistanı heç bir izahat olmadan Misirlə neft sazişini dayandırıb və Misirə neft və neft məhsullarının tədarükünün dayandırılacağını bildirib.
Azərbaycanın çətin günlərində Misirə yardım əlini uzatması bu ölkəni böhrandan xilas etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, noyabrın üçündən üzən məzənnəyə keçən Misir hökuməti hazırda benzin və neft məhsulları çatışmazlığını aradan qaldırmaq üçün ciddi xərclərlə üzləşib.
Eldar Tanrıverdiyev
AzVision.az