Centilyoni Azərbaycana gəldi

Centilyoni Azərbaycana gəldi
  07 Noyabr 2016    Oxunub:1183
İtaliya xarici işlər naziri Paolo Centilyoninin Azərbaycana səfərə gəlib.
AzVision.az xəbər verir ki, nazirin Bakı səfəri iki gün davam edəcək.

Səfər zamanı naziri Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.

Onun, həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və energetika naziri Natiq Əliyevlə də görüşləri olacaq.

İtaliyalı nazir Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını da ziyarət edəcək.

Qeyd edək ki, P. Centilyoni Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycana Gürcüstandan gəlib. O daha sonra Ermənistana səfər edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti