Vahe Avetyan Bakıda mətbuat konfransı keçirəcək

Vahe Avetyan Bakıda mətbuat konfransı keçirəcək
  07 Noyabr 2016    Oxunub:4688
“Avropada yaşayan erməni hüquq müdafiəçisi Vahe Avetyan ikinci gündür Bakıdadır”
Bu barədə AzVision.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Onun sözlərinə görə, Avetyan bir neçə gün Bakıda qalacaq: “Vahe Avetyan hüquq müdafiəçiləri ilə görüş keçirəcək. Görüşdə mən də iştirak edəcəyəm. Avetyan sabah Bakıda mətbuat konfransı keçirəcək”.

Qeyd edək ki, Sarkisyan rejiminin qatı tənqidçisi olan Avetisyan daha əvvəl Bakıya səfərə gəlmiş, lakin aeroportdan geri qaytarılmışdı. O, Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunda olduğunu bildirmişdi.

Avetisyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti