Nazarbayevi devirmək istəyən biznesmen 21 il həbs aldı

Nazarbayevi devirmək istəyən biznesmen 21 il həbs aldı
  07 Noyabr 2016    Oxunub:1598
Qazaxıstanda dövlət çevirlişi cəhdinə görə tutulan iş adamı Toxtar Tuleşov 21 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Tuleşov ömürlük olaraq kommersiya və ictimai təşkilatlarda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib, polkovnik rütbəsi və prezidentin təqdim etdiyi “Kurmet” ordeni də əlindən alınıb.

Onun oğlu Tulegen Tuleşova isə şərti cəza verilib.

Toxtar Tuleşovla əlbir olmaqda təqsirli bilinən Qazaxıstan baş prokurorunun keçmiş birinci müavini İlyas Baxctıbayev də 7 il azadlıqdan məhrum edilib. Tutulanların hamısının əmlakı müsadirə olunub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti