Rusiyadan Azərbaycana qaçmaq istəyən şəxs tutuldu

Rusiyadan Azərbaycana qaçmaq istəyən şəxs tutuldu
  07 Noyabr 2016    Oxunub:1996
Moskvada odlu silahla qətl törətməkdə şübhəli bilinən şəxs “Şeremetyevo” aeroportunda təyyarədə saxlanılıb.
AzVision.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, o Azərbaycana uçmaq istəyib.

Qatil cinayətdən sonra təyyarəyə bilet aldığı ehtimal olunur.

Xatırladaq ki, bazar günü Moskvanın Mikluxo-Maklay küçəsində yerləşən “Belyayevo” ticarət mərkəzi yaxınlığındakı dayanacaqda kişi cəsədi aşkarlanıb. Onun sinəsində güllə yarası olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti