Rusiya Xəzərdə hərbi təlimlərə başladı

Rusiya Xəzərdə hərbi təlimlərə başladı
  15 Avqust 2013    Oxunub:1069
Xəzər dənizində Rusiyanın Xəzər Donanması gəmilərinin təlimləri başlayıb.
APA-nın İTAR-TASS-a istinadən yaydığı məlumata görə, donanma komandanı vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilən təlimlərdə 10-dək döyüş və təchizat gəmisi, “Bal” sahil raket divizion kompleksi, 50-dən artıq döyüş texnikası və 1300-dən artıq heyət iştirak edir.

Təlimlərə iki gün əvvəl Bakıya gəlmiş “Dağıstan” raket gəmisi və “Volqodonsk” artilleriya gəmisi də qatılıb. Təlimlər həftənin sonunda başa çatacaq.


Teqlər:





Xəbər lenti