ABŞ-dakı seçkilər `Google` və `Youtube`-da

ABŞ-dakı seçkilər `Google` və `Youtube`-da
  07 Noyabr 2016    Oxunub:2605
“Google” axtarış sistemi və “YouTube” videohostinqi ABŞ-da seçkilərin nəticələrini izləyəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Google”-un rəsmi bloqunda məlumat yerləşdirilib.

Seçki məntəqələri bağlanan kimi istifadəçilər axtarış sistemində nəticələrlə tanış ola biləcəklər. Nəticələrə dair məlumatlar 30 dildə yayımlanacaq. İstifadəçilər eyni zamanda həm prezident seçkiləri, həm konqres, həm də ştat qubernatorluğuna keçirilən seçkilərin nəticələri ilə tanış ola biləcəklər.

“YouTube” saytında isə müxtəlif KİV-in seçkilərin nəticələrinə dair məlumatları əks olunacaq.

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Prezidentlik postuna ən real namizəd Donald Tramp və Hilari Klintondur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti